Home

Təlimlər

QTRM, yerli və xarici ekspertləri natiqlər və ya təlimatçılar kimi cəlb edərək sosial elmlər üzrə müxtəlif mövzularda təlim kursları, seminarlar və mühazirələr təşkil edir.

Metodoloji təlimlər və mühazirələr

QTRM metodoloji təlimləri QTRM-in metodoloji təlim fəaliyyətinin məqsədi müvafiq statistik proqram təminatı paketlərindən istifadə etməklə yerli mütəxəssislərin bacarıqlarının müasirləşdirilməsi və praktiki vərdişlərin aşılanmasından ibarətdir. Bu proqramlar araşdırmaların gücləndirilməsinə kömək edir və Cənubi Qafqazın bu günki iqtisadi və sosial transformasiyasında nələrin baş verdiyini müayinə etməyə imkan verir.

Giriş təlimləri

QTRM-nin təmin etdiyi araşdırma resurs materialları barədə məlumat vermək və onların effektiv istifadə metodlarını öyrətmək üçün yeni istifadəçilər üçün giriş təlimləri də təşkil edir.

Konfrans və dəyirmi masalar

QTRM hər üç Cənubi Qafqaz ölkəsində tədqiqatçıları, dövlət qulluqçularını və digər praktikləri vacib ictimai məsələlər və siyasətin formalaşdırılmasında regional meyllər barədə müzakirələr və debatlar aparmaq üçün cəlb edir və tədqiqatçılar və praktiklər arasında dialoqu həvəsləndirir. Mərkəzlər formalaşmaqda olan düvlət siyasəti institularına informasiya və tədris yardımı göstərir və tədqiqatçılar və praktiklərə beynəlxalq əlaqələrin yaradılmasında yardım göstərirlər.

Təlimlər və ya QTRM-in digər fəaliyyəti barədə məlumat almaq üçün bizim electron məlumat bülletenimizə abunə yazılmağınızı xahiş edirik. Bunun üçün crrc@crrc.az ünvanına e-mail göndərmək lazımdır.