Home

HADİSƏLƏR

Karnegi Tədqiqat Təqaüd Proqramı

QTRM Karnegi Tədqiqat Təqaüd Proqramını (KTTP) elan edir. Proqram Cənubi Qafqazdan olan alimlərə Birləşmiş Ştatlarda xüsusi tədqiqat işi aparmaq imkanı təklif edir.

Xüsusilə, sosial və humanitar elmlər sahəsində çalışan alimlər Birləşmiş Ştatlarda universitet və institutlara fərdi, qeyri-dərəcə tədqiqat işi aparmaq üçün müraciət edə bilərlər. Proqram artıq tədqiqat sahəsində müəyyən nailiyyətlər əldə etmiş qabaqcıl tədqiqatçılar üçün nəzərdə tutulmuşdur. Tədqiqat müddəti 2010-сu ilin sentyabr və ya 2011-ci ilin yanvar ayından başlayaraq tam bir semestr (4 ay) davam edəcək.

 

Təqaüd Proqramında aşğıdakı tələblərə cavab verən şəxslər iştirak edə bilərlər:

 

NCEEER, Amerika Şurası və QTRM irqi, cinsi, dini, milli və ya etnik mənsubiyyətinə və əliliyə  görə heç bir ayrıseçkilik etmir. Daha ətraflı məlumat üçün NCEEER-in veb səhifəsinə baxa bilərsiniz.

Ərizələr QTRM-in yerli ofisinə təqdim edilməlidir. Ərizə qəbulu üçün son tarixi – 30 Aprel, 2010-cu il, saat 17.00-yə qədərdir. Ərizəçilərdən xahiş olunur ki, sonradan məyus olmamaq üçün ərizə forması ilə qabaqcadan təfsilatı ilə tanış olsunlar. Ərizələr sosial və humanitar elmlər sahəsində qəbul edilir. Yol xərcləri də daxil olmaqla bütün xərclər ödəniləcək. Karnegi Tədqiqat Təqaüdü tədqiqatçılara ABŞ-da olduqları müddət ərzində öz işlərini müstəqil olaraq davam etdirmək fürsəti verir. Nəzərə alin ki, seçim prosesi rəqabət əsasında olacaq və sizdən tədqiqatın qısa layihəsi gözlənilir.

Ərizə formaları üçün QTRM-in veb səhifəsinə baxın.


< Geriyə