Home

Keçirilmiş Tədbirlər

Tədqiqatının Təqdimatını: Uşaq Evini Tərk Etmiş Yeniyetmələrin Gələcək Yaşam İmkanları

QTRM-UNİCEF 2008 təqaüdçüsü cənab Ağanemət Ağayev 13 fevral 2009-cu il tarixində QTRM-də “Uşaq evini tərk etmiş yeniyetmələrin gələcək yaşam imkanları” adlı tədqiqatının təqdimatını keçirdi

Bu tədqiqatın məqsədi Azərbaycanda uşaq evlərini tərk etmiş yeniyetmələrin gələcək yaşam imkanlarını öyrənmək idi. Cənab Ağayev tədqiqat apararkən əsasən aşağıdakı məsələləri tədqiq etmişdir: real hədəf qrupunun həyat təcrübəsi və onların uşaq evlərini tərk etdikdən sonra mümkün sosial-iqtisadi resurslara çıxışları; birbaşa hədəf qrupuna ünvanlanan dövlət sosial müdafiə proqramları və onların nəticələri; Azərbaycanda digər yerli və beynəlxalq sosial institutların müdafiə proqramları.

Tədqimatdan sonra suallar cavablandırıldı. Bir çox dövlət rəsmiləri - əsasən Kommunikasiya və İnformaisya Texnologiyaları Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Bankının və QHT-in nümayəndələri təqdimatda iştirak etdi və iştirakçılar tədqiqatın metodologiyası və məlumatların tapılması haqqında daha ətraflı məlumat almaq istədiklərini bildirdilər.

Findings of Research
View more presentations from crrcaz.


Sosial Tədqiqatlarda Seçmə Metodları üzrə Təlim

QTRM-Azərbaycan ofisində Kamil Əliyev tərəfindən Seçmə Metodları adlı seminar-treyninq keçirildi. Kaimil Əliyev Vaşinqton Universitetinin (St Luis, ABŞ) Sosial İş ixtisası üzrə magistr məzunudur və hal-hazırda Bakı Dövlət Universitetində Statistika, Tədqiqat Metodları və Proqram qiymətləndirilməsi kimi fənnləri tədris edir.

Treyninq onlayn oxu materialları və yanvarın 26-da və 30-da iki üçsaatlıq canlı interaktiv sessiyadan ibarət oldu. Treyninqdə tədqiqat proseslərinin qısa xülasəsi və onun mərhələləri, seçmənin əsasları: əhali və seçmə, qeyri-ehtimal və ehtimal seçmə, seçmənin növləri də daxil olmaqla geniş mövzular əhatə edildi.

Treyninqdə sosial elmlər tələbələri və QHT-lərdən praktiklər iştirak edirdi. Onlar apardıqları tədqiqatlarda istifadə etdikləri seçmə təcrübələrini digərlərilə bölüşdülər. QTRM-in direktoru iştirakçılara QTRM Məlumat Təşəbbüsü 2008-də istifadə edilən seçmə metodologiyası, MT qrupunun sorğu zamanı üzləşdiyi çətinliklər və məhdudiyyətlər haqda qısa məlumat verdi.

Seminar iştirakçıları buna oxşar treyninqlərdə iştirak etmək və seçmədə təcrübi bacarıqlar qazanmaqda maraqlı olduqlarını bildirdilər.



SPSS proqramı ilə Məlumat Təhlili

Dekabr ayında QTRM məlumat analizi üzrə silsilə seminarlar təşkil etmişdir. Seminarlar Anar Vəliyev tərəfindən aparılmışdır. Anar Vəliyev İndiana Universitetinin İctimai və Ətraf Mühit Məsələləri məktəbinin magistr dərəcəsinə və Kentukidə Louisville Universitetinin Şəhər və İctimai Məsələlər fakültəsinin doktorluq dərəcəsinə layiq görülmüşdür, hal-hazırda isə Azərbaycan Diplomatik Akademiyasında çalışır.

Seminarın iştirakçıları elmi institut və QHT əməkdaşları, tələbələr və gənc tədqiqatçılar idi. İştirakçılar statistikanın və məlumat analizinin əsas anlayışları haqda məlumat aldılar və əldə etdikləri bilikləri QTRM-in Məlumat Təşəbbüsü bazasında tətbiq etmək üçün təlimatlandırıldılar. QTRM-in Məlumat Təşəbbüsü regionda müstəqil ev təsərrüfatı üzrə aparılmış geniş diapazonu əhatə edən nadir müstəqil tədqiqatlardan biridir. Təlim məlumatın daxil edilməsi ilə başladı və məlumat kodlaşdırıldı, sonra məlumatın araşdırılması (tezlik bölgüləri, təsviri statistika və dəyişənlərin bölgüsünün qrafik təsviri), kəsişən tabuliasiya, korrelasiya və reqressiya analizləri sessiyaları ilə davam edildi. İştirakçılar analiz üçün öz işləri və təhsillərinə aidiyyatı olan dəyişənləri seçdilər. İştirakçıların məlumat analizinin daha dərin aspektlərinə artan maraqlarını nəzərə alaraq, təlimçi məlumatın interpretasiyası və SPSS proqramından istifadə edərək model qurulması məsələlərini əhatə edən bir neçə əlavə dərs keçdi. Təlimçı öz doktorluq dissertasiyası üçün istifadə etdiyi tədqiqat metodologiyası əsasında bir neçə konsepsiyanı izah etdi. İştirakçılara təlimçinin müəllifi olduğu SPSS proqramında qurulmuş analiz modellərini özündə əks etdirən məlumatları müzakirə etmək imkanı verildi.

Kurs iştirakçılar tərəfindən çox müsbət şəkildə qiymətləndirildi. İştirak etmək arzusunda olanların sayının çox olduğunu nəzərə alaraq QTRM gələcəkdə də məlumat analizi üzrə təlimləri davam etməyi planlaşdırır.



Page 1 of 5 Next