Home

Yeni resurslar

Bakı, Azərbaycan – QTRM Azərbaycan ayrıca şəxslər, təşkilatlar tərəfindən hədiyyə olunmuş yeni jurnal, müxtəlif materiallar və Blackwell Book Services şirkətindən aldığı kitablarla öz kitabxana resurslarının sayını artırmışdır.

QTRM Azərbaycan 2003-cü ildən Hədiyyə Jurnal Layihəsindən (HJL) alınan jurnallarla istifadəçilərini təmin edir. HJL çap olunmuş jurnallara pulsuz və güzəştli şərtlərlə abunə yazılmağı təmin edən nadir mənbələrdəndir. İstifadəçilərimizi daha geniş juranl seçimilə təmin etmək məqsədilə bu il QTRM-in jurnalları siyahısına çoxsaylı jurnal başlıqları əlavə edilmişdir. Siz artıq kitabxanamızın abunə olduğu Hədiyyə Jurnal Layihəsinin ictimai elmlər sahəsinə aid olan 24 yeni elmi jurnalıyla tanış ola bilərsiniz.

QTRM Azərbaycan öz fondunu zənginləşdirmək məqsədilə hər il yeni nəşrlər axtarmaqdadır. Blackwell Nəşriyyatı 10 % güzəştlə QTRM-ni ingilis dilində yeni nəşrlərlə təmin edir. Bu ay QTRM Blackwell Nəşriyyatına sifariş etdiyi 14 yeni kitab almışdır. İyun ayında biz həmçinin müxtəlif şəxslərdən, partnyorlardan və təşkilatlardan 70 adda hədiyyə almışıq. Yeni ədəbiyyatın alınması üçün hər ay sorğu keçirilə bilər, bunun üçün QTRM-in kitabxanaçısı ilə əlaqə saxlaya bilərsiniz elnara@crrc.az.

Biz inanırıq ki, yeni əldə etdiyimiz və mövcud resurslarımız tədqiqat işlərinizdə sizə mühüm mənbə oalcaq. Mərkəzimiz və yeni resurslarımız haqqında əlavə məlumat almaq üçün bizə müraciət edə bilərsiniz.

QTRM Azərbaycan Kitabxanasının Yeni Materialları, İyun-Oktyabr 2007