Home

YERLİ MƏŞVƏRƏT KOMİTƏSİ

Hamlet İsaxanlı

Hamlet İsaxanlı fizika-riyaziyyat elmləri doktorudur. O, Xəzər Universitetinin təsisçisi və prezidentidir, həmçinin Elmi İnkişaf üzrə Beynəlxalq Şuranın üzvü və Özəl Universitetlər Assosiasiyasının prezidentidir.

Riçard D. Kortum

Riçard Kortum Şərqi Tennessi Dövlət Universitetinin (Conson Siti, ABŞ) dosentidir. O, Amerika Fəlsəfə Assosiasiyasının üzvü və Fulbrayt Proqramı mükafatçısıdır.

Ceremi Taş

Ceremi Taş coğrafiya elmləri üzrə magistrdir. Amerika Şurasının Beynəlxalq Təhsil üzrə Azərbaycan nümayəndəliyində ölkə üzrə direktor vəzifəsində çalışmışdır. Hal-hazırda Templ Universitetində məruzəçi vəzifəsində çalışır.

Sveta Məcidova

Sveta Məcidova Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya kafedrasının dosentidir. O, yerli QHT olan Psixologiya Mərkəzinin rəhbəridir.

Rəna İbrahimbəyova

Rəna İbrahimbəyova Nazirlər Kabinetinin Təhsil şöbənsinin eksperti və Bakı Dövlət Universitetində Psixologiya və Gender kafedrasının müdiridir.