QTRM aşağıdakı resursları təmin edir:
Kitabxana
QTRM iqtisadiyyat, demoqrafiya və ictimai siyasət üzrə elmi işlərə, son jurnal və dövri nəşrlərə malik olan kitabxanalara malikdir. QTRM-in cari fondunun tam kataloqu ilə burada tanış olmaq olar.
Məlumat bazaları
Mərkəzlərdə Cənubi Qafqazda demoqrafik vəziyyəti, ev təsərrüfatlarının iqtisadi davranışını, miqrasiya meyllərini və sosial mövqelərini əhatə edən ev təsərrüfatları barədə məlumatlar seriyası mövcuddur. Nəticələrin müqayisə edilməsinə imkan vermək üçün bu məlumatlar hər üç ölkədə eyni metodologiya əsasında yığılır. Məlumat bazaları istifadə üçün yerli tədqiqatçılara təklif olunur. 2004-cü il ərzində məlumat təşəbbüsünün çərçivəsində mərkəzlər hər bir paytaxtda 1500 ev təsərrüfatının təsadüfi seçmə əsasında sorğusunu keçirmişlər. Sorğunun nəticələri ictimaiyyətə çatdırılacaq və yerli tədqiqatçılar üçün çoxsaylı imkanlar yaradacaq. Gələn illər ərzində məlumatın toplanması təşəbbüsü genişlənəcək və paytaxt şəhərlərinin sərhədlərini aşacaq.