Home

Şəbəkələr

QTRM Cənubi Qafqaz ölkələrini birləşdirən tədqiqat və resurs mərkəzləri şəbəkəsidir. Bu şəbəkənin məqsədi siyasətin formalaşdırılmasına yönəlmiş tədqiqatlar aparan sosioloq və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislərin işini istiqamətləndirməkdir.

QTRM şəbəkəsinin məqsədi oxşar düşüncəyə malik olan milli, regional və beynəlxalq mütəxəssislərin fənnlərarası icmasını formalaşdırmaq və yerli və beynəlxalq beyin mərkəzləri və tədqiqat müəssisələri arasında əlaqə və əməkdaşlığın inkişafına yardım göstərməkdir.

QTRM Cənubi Qafqaz ölkələrində sosial elmlər üzrə aparıcı alimlərin məlumat bazasını yaratmaqdadır. Bu məlumat bazasına həmin tədqiqatçıların əməyinin məhsulu olan tədqiqat məlumatları, işçi sənədlər və məqalələr, həmçinin ölkədə olan sosial elmlər sahəsində tədqiqat və ictimai siyasət müəssisələrinin siyahısı da daxildir. Əgər siz əməkdaşlıq etmək üçün iş yoldaşı axtarışında olan sosial elmlər üzrə tədqiqatçısınızsa, bizim məlumat bazasında yerləşdirilməsi və lazımi məlumat əldə etmək üçün QTRM ofisi ilə əlaqə saxlayın.

QTRM bir çox yerli və beynəlxalq beyin mərkəzləri, elmi təşkilatlar və ictimai təşkilatlarla əməkdaşlıq edir.

Regionda sosial tədqiqatların və ictimai siyasətin təhlilini gücləndirmək məqsədilə QTRM oxşar məqsədli təşkilat və qurumlarla əməkdaşlıq etmək əzmindədir və yerli və beynəlxalq təşkilatlarla birgə səyləri alqışlayır.