Home

İnformasiya texnologiyaları (İT) laboratoriyası

QTRM-in informasiya texnologiyaları laboratoriyası İnternetə, sosial elmlərlə bağlı aparıcı "on-line" jurnallara, Cənubi Qafqaz regionunda sosial elmlərlə bağlı "on-line" məlumat bazalarına və beynəxalq məlumat mənbələrinə sərbəst çıxışı təmin edir. İT laboratoriyası tədqiqatçılar, alimlər, mühazirəçilər və tələbələr üçün elmi və ya tədqiqat məqsədləri üçün açıqdır və pulsuz xidmət göstərir.

Vəzifələr

İT laboratoriyasının əsas rolu elmi dairələri, qeyri-hökumət təşkilatlarını, özəl və dövlət sektorlarını təmsil edən sosial elmlər üzrə mütəxəssislərə xidmət göstərməkdir. Onların məqsədi istifadəçilərə ən müasir informasiya mənbələrinə çıxışı təmin etməkdir. Müxtəlif on-line resurslara çıxışı təmin etməkdən əlavə onlar mövcud resursları təqdim etmək və istifadəçilər üçün münasib mühiti təmin etmək üçün ilkin təlimlər keçirməyi də nəzərdə tuturlar.

Proqram təminatı

İstifadəçilərə keyfiyyətli tədqiqatlar aparmaq imkanı vermək üçün İT laboratoriyaları proqram təminatı ilə təchiz olunmuşdur. Bu proqram təminatı mərkəzlərdə mövcuddur.

Kompüter laboratoriyalarının təkmilləşdirilməsi və inkişafı müvafiq tələbatın əsasında həyata keçirilir.

QTRM-in kompüterlərində lisenziyalı proqram təminatı məhsulları yerləşdirilmiş və ya yerləşdiriləcəkdir.

Proqram təminatının se?ilməsi meyarları

Mərkəz direktorları ilə əlaqələndirmə şəraitində İT menecerləri/kitabxanaçılar proqram təminatının seçilməsi üçün cavabdehdirlər.

İT menecerləri/kitabxanaçılar QTRM Məşvərət Komitəsinin üzvlərinin və İT laboratoriyasının istifadəçilərinin təkliflərini nəzərə ala bilər.

Mövzu

İT laboratoriyasındakı kompüterlər aşağıdakı sosial elmlər üzrə informasiyaya malik olacaqlar: sosiologiya, iqtisadiyyat, dövlət siyasəti və demoqrafiya.

Dil

İT laboratoriyasında resurslar Azərbaycan, ingilis və rus dillərindədir. QTRM-in abunə olduğu elektron resurslar əsasən ingilis dilindədir (EBSCO, JSTOR və s. kimi elektron jurnallar). İT laboratoriyası həmçinin yerli qeyri-hökumət təşkilatlarından və tədqiqat mərkəzlərindən yerli dillərdə də materiallar alırlar (CD-ROM və disketlər formasında).

Format

QTRM İT laboratoriyasında bütün resurslar yalnız elektron formatdadır.

Təlimlər

İT menecerlər/kitabxanaçılar istifadəçilərə aşağıdakı sahələrdə təlim verirlər:

Ümumi yardım və xidmətlər

QTRM İT menecerləri/kitabxanaçıları QTRM istifadəçilərinə ümumi yardım göstərir; onlara yeni materiallar və xidmətlər barədə məlumat verir; materialların seçilməsində və informasiya resurslarından istifadə edilməsində kömək edirlər. QRTM İT menecerləri/kitabxanaçılar faydalı saytların siyahısını və onların qısa təsnifatını hazırlayır və QTRM istifadəçilərinə və tərəfdaşlarına onlar barədə məlumat verirlər.

Yerli tədqiqatlar üzrə məlumat bazası

QTRM İT laboratoriyasında üç Cənubi Qafqaz ölkəsində sosialogiya, iqtisadiyyat, demoqrafiya və ictimai siyasət sahəsində həyata keçirilmiş tədqiqatların məlumat bazası təqdim olunur. O, ilkin əsərlə tanış olmaqda və öz tədqiqatlarını faktiki məlumatlara əsaslandırmaqda tədqiqatçılara kömək edəcək.

İT laboratoriyasının bazasından istifadə etmək üçün ümumi qaydalar

QTRM İT laboratoriyasının avadanlığı və imkanları elmi, qeyri-hökumət, özəl və dövlət təşkilatlarından olan peşəkarlar tərəfindən təlim sessiyalarının keçirilməsi üçün istifadə oluna bilər.

İnternetdən istifadə: İT laboratoriyasında bütün kompüterlər yüksək sürətli İnternetlə bağlanmışdır. QTRM İT laboratoriyasında boş yerə vaxt keçirməyə və ya qeyri-müvafiq və aidiyyatı olmayan səhifələrə və ya compüter oyunlarına baş vurmağa icazə verilmir. Əlavə proqram təminatı quraşdırmaq və Messenger, ICQ və ya analoji proqramlardan istifadə etmək qadağandır.

Eyni zamanda peşə məlumatlarının yüklənməsi üçün he? bir məhdudiyyət yoxdur. Hər bir kəs ehtiyacı olduğu həcmdə informasiyanı yükləyə bilər, yalnız bağlantının sürətinə təsir göstərən, bununla da digərlərinin işinə mane olan çox iri fayllar istisna olunur.

Yerli şəbəkə: Yerli şəbəkə istifadəçilərə öz sənədlərini çap etməyə və zəruri olanda faylları ötürməyə imkan verir. Hər bir istifadəçi öz fayllarını və sənədlərini saxlamaq üçün serverdə yerə malikdir.

Back-up (əlavə nüsxənin çıxarılması): Hər ay QTRM özünün serverlerində yerləşən bütün informasiyanın, işçilərin faylları və folderləri, tədqiqatçıların sənədləri, system məlumatı və digər vacib informasiya da daxil olmaqla, "back-up"ını, yəni əlavə nüsxəsinin çıxarılmasını həyata keçirir.

Çap: QTRM-Azərbaycanın İT laboratoriyası bütün istifadəçilərə çap xidmətlərini göstərir. Lakin çap olunan bütün materiallar tədqiqat üçün müvafiq olmalı və müxtəlif istifadəçi kateqoriyaları üçün təyin olunmuş limitdən çox olmamalıdır. Şəkil və qrafik təsvirlərin çapına icazə verilmir.

Skanninq: QTRM İT laboratoriyası istifadəçilərinə tədqiqat məqsədləri üçün skanninq xidmətləri göstərir.

CD-lərin yazılması: İT menecer CD yazıcıya malikdir və istifadəçilər onun köməyi ilə öz fayllarınə diskə yaza bilərlər. İstifadəçi fayllarının yazılmasının orta həcmi həftədə 3-4 disk təşkil edir.

Yemək, içmək və siqaret çəkmək QTRM-in bütün otaqlarında qadağandır.