QTRM Məlumat Təşəbbüsünün yeni adı
2010-cu ildən başlayaraq QTRM illik Məlumat Təşəbbüsü Sorğusu Qafqaz Barometri adına dəyişdirildi. Fikrimizcə, bu ad sorğunun mənasını daha dolğun əks etdirir və ümumi ictimaiyyət və jurnalistlər üçün daha asan başa düşülür.
İlk dəfə olaraq Məlumat Təşəbbüsü layihəsinə 2004-cü ildə start verildi. 2007-ci ildən başlayaraq hər ölkədən 2000-ə yaxın respondentdən reprezentativ seçmə yolu ilə müsahibə alınır. Onlar ailə tərkibi, onun sosial və iqtisadi vəziyyəti, məşğulluq statusu, ölkələrdə sosial və siyasi vəziyyətin qiymətləndirilməsi ilə bağlı sualları cavablandırırlar. Eyni zamanda, respondentlərin həyat istiqaməti ilə bağlı düşüncələri, media, səhiyyə, cinayət və digər əsas məsələlərə aid suallar da sörğuya daxildir.
Adın dəyişdirilməsi sorğunun keçirilməsinə heç bir təsir göstərməyəcək. Həmişə olduğu kimi, Cənubi Qafqaz ölkələri arasında aparılan bu sorğu payızda keçiriləcək, eyni metodologiya və eyni sorğu vasitələrindən istifadə ediləcək. Sorğunun əsas məqsədi Ermənistan, Azərbaycan və Gürcüstanın sosial transformasiya prosseslərinin müxtəlif aspektlərini anlamaq üçün etibarlı empirik məlumat əldə etməkdir. Biz sorğunun həyata keçirilməsinin hər bir mərhələsində mümükün olan ən yüksək elmi keyfiyyətin təmin edilməsində qərarlıyıq .
Məlumat və sorğu sənədləri bütün maraqlanan tədqiqatçılar üçün açıqdır. Bu sorğu ətraflı kəmiyyət təhlili üçün unikal bir vasitədir. Siz Məlumat Təşəbbüsü/Qafqaz Barometri haqqında daha geniş məlumatı bizim internet səhifəmizdən ala bilərsiniz.