Keçirilmiş Tədbirlər
Tədqiqatının Təqdimatını: Uşaq Evini Tərk Etmiş Yeniyetmələrin Gələcək Yaşam İmkanları QTRM-UNİCEF 2008 təqaüdçüsü cənab Ağanemət Ağayev 13 fevral 2009-cu il tarixində QTRM-də “Uşaq evini tərk etmiş yeniyetmələrin gələcək yaşam imkanları” adlı tədqiqatının təqdimatını keçirdi
Bu tədqiqatın məqsədi Azərbaycanda uşaq evlərini tərk etmiş yeniyetmələrin gələcək yaşam imkanlarını öyrənmək idi. Cənab Ağayev tədqiqat apararkən əsasən aşağıdakı məsələləri tədqiq etmişdir: real hədəf qrupunun həyat təcrübəsi və onların uşaq evlərini tərk etdikdən sonra mümkün sosial-iqtisadi resurslara çıxışları; birbaşa hədəf qrupuna ünvanlanan dövlət sosial müdafiə proqramları və onların nəticələri; Azərbaycanda digər yerli və beynəlxalq sosial institutların müdafiə proqramları.
Tədqimatdan sonra suallar cavablandırıldı. Bir çox dövlət rəsmiləri - əsasən Kommunikasiya və İnformaisya Texnologiyaları Nazirliyinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Bankının və QHT-in nümayəndələri təqdimatda iştirak etdi və iştirakçılar tədqiqatın metodologiyası və məlumatların tapılması haqqında daha ətraflı məlumat almaq istədiklərini bildirdilər.

|