ana səhifə    english  səhifənin xəritəsi
  CRRC Regional CRRC Armenia CRRC Georgia
Home

  Keçirilmiş Tədbirlər

Hadisələr

08/02/2012
Carnegie Research Fellowship Program       CRRC is happy to announce the Carnegie Research Fellowship Program (CRFP) for the 2012-2013 academic year. The program offers exceptional research more...


12/12/2011
RFP: UC Berkeley Scholars Workshop: April 1 – April 14, 2012   The Institute of Slavic, East European, and Eurasian Studies (ISEEES) more...


18/11/2011
  November 18th, 2011     Public Lecture:  Small and medium enterprise (SME) Social responsibility in Azerbaijan       Time: 15:30    Location: CRRC-Azerbaijan, Khazar University, 122 Bashir Safaroglu Street, Baku   Overview:     What is more...


Keçirilmiş Tədbirlər

İnsan alveri: problemə ümumdünya baxışı və onun həllinin konseptual əsasları

QTRM-də qlobal insan alveri problemi barədə miqrasiya tədqiqatçısı Azər Allahverənov tərəfindən mühazirə keçirilmişdir. A. Allahverənov Miqrasiya Məsələləri üzrə Azərbaycan QHT-ləri Forumunun və Miqrasiya Resurs Mərkəzinin direktorudur və insan alveri, məişət zorakılığı, miqrasiya və geosiyasət mövzularında beynəlxalq konfrans, jurnal və qazetlərdə tez-tez çıxış edir.

Mühazirəçi insan alveri probleminin kökləri, formaları və qurbanlara və onların ailələrinə təsiri barədə məlumat verdi. Problemin qlobal mənzərəsi, həmçinin Azərbaycan üzrə statistik məlumatlar təqdim olundu. Mühazirə bu problemlə mübarizə aparmağın ən effektiv üsullarının müzakirəsi ilə yekunlaşdı.



Azərbaycanda gender münasibətlərinin və qadınlara qarşı zorakılığın tədqiqi: keyfiyyət yanaşmaları

QTRM və BMTƏF tərəfindən Qadınlara Qarşı Zorakılıq Əleyhinə 16 gün münasibətilə birgə keçirilən seminarlar silsiləsi 4 dekabr tarixində antropoloq, London Universitetinin Şərqşünaslıq və Afrika Tədqiqatları fakultəsindən doktorluq dərəcəsini almış Dr. Fəridə Həyatın Azərbaycanda gender münasibətlərinin və qadınlara qarşı zorakılığın tədqiqi: keyfiyyət yanaşmaları mövzusundakı mühazirəsi ilə yekunlaşdı.

Təqdimatçı ümumiyyətlə keyfiyyət tədqiqat yanaşması və gender və gender əsaslı zorakılığı öyrənərkən bu tədqiqat metodlarından istifadə edilməsi barədə danışdı. O, Azərbaycanda və Mərkəzi Asiya ölkələrində bu cür tədqiqat aparmaq təcrübəsindən məlumat verdi. Xanım Həyat tərəfindən izah olunan tədqiqat üsullarına iştirakçı müşahidələri, struktursuz və açıq-sualları olan müsahibələr, həyat tarixi müsahibələri və yazılı mətn təhlili aiddir. O həmçinin müşahidə və müsahibələrə əsasən kateqoriyalar və konsepsiyalar yaratmaq və onlar arasında münasibətləri aşkar etməyin əhəmiyyətindən danışdı.

Təqdimat iştirakçılar arasında maraq yaratdı və fəal müzakirəyə səbəb oldu. Müzakirə zamanı Azərbaycanda gender münasibətlərinin inkişaf dinamikası, gender əsaslı zorakılığa münasibət, və həmçinin müxtəlif mədəniyyətlər arasında ailə zorakılığına münasibətin müqayisəsi barədə danışıldı.



Qadınlara qarşı zorakılıq hallarının öyrənilməsi. QQZƏ Layihəsinin təcrübəsi: kəmiyyət yanaşmaları

QTRM və BMTƏF tərəfindən Qadınlara Qarşı Zorakılıq Əleyhinə 16 gün münasibətilə birgə keçirilən seminarlar silsiləsi 27 noyabr tarixində Qadınlara Qarşı Zorakılıq Əleyhinə Layihəsinin Milli Koordinatoru (BMTƏF) Aysel Vəzirova və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzin nümayəndəsi Murad Bağırzadənin "Qadınlara qarşı zorakılıq hallarının öyrənilməsində kəmiyyət yanaşmaları" adlı təqdimatı ilə davam etdirildi.

Qonaqlar BMTƏF-Azərbaycan layihəsi çərçivəsində Ailə Zorakılığı və Qadınlara Qarşı Zorakılıq mövzusunda ölkə miqyasında aparılmış sorğunu təqdim etdilər. Sorğunun məqsədi qadınlara qarşı zorakılığın yayılmasını, onun səbəblərini və nəticələrini öyrənməkdən ibarət idi. Sorğuya qadınların zorakılığa münasibətinə və bütün növ ailə zorakılığına aid olan və aşağıda göstərilən hissələrə bölünmüş 100-dən çox sual daxil edilmişdir: ətraf mühit, ümumi sağlamlıq, reproduktiv sağlamlıq, uşaqlar, ər və zorakılığa münasibət.

Təqdimatçılar bu cür incə məsələ ilə bağlı intervyüerlərdən səmimi cavab almaq üçün müzakirələri yumşaltmaq məqsədilə istifadə etdikləri metodlar haqqında danışdılar. Layihədə ölkə üzrə 3000 qadın ilə müsahibə aparacaq qadın müsahibəçilər üçün əvvəlcədən xüsusi təlim keçirilmişdir. Hal-hazırda tədqiqat nəticəsində toplanılmış məlumat işlənilir.

BMTƏF adı çəkilən layihənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tam dəstək almışdır.

Təqdimatdan sonra suallar verildi və əksər iştirakçılar 2009-cu ilin yanvar ayında açıqlanılması gözlənilən layihənin son nəticələri ilə maraqlandıqlarını bildirdilər. Araşdırmanın nəticələri müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar: demoqraflar, antropoloqlar, sosioloqlar, və gender tədqiqatçıları tərəfindən istifadə oluna bilər. Layihə həmçinin gələcəkdə yerli tədqiqatçılara həmin mövzu ilə bağlı əlavə keyfiyyət araşdırmalarını aparmaq üçün dəstək verilməsini nəzərdə tutur.



Prev Page 2 of 5 Next