Kitabxana
QTRM-Azərbaycanın Kitabxanası 2003-cü ilin oktyabr ayından etibarən xidmət göstərir. Kitabxana Azərbaycan, ingilis və rus dillərində sosiologiya üzrə dərc olunmuş materiallardan: dərsliklər, sorğu-məlumat materialları, dövri nəşrlərdən istifadə etmək imkanı verir.
Kitabxana hər gün açıqdır və sosial elmlər sahəsində çalışan hər bir istifadıçiyə xidmət göstərir.
QTRM kitabxana fondunun elektron kataloqu ilə tanış olmaq üçün bura daxil olun.
Kitabxana materiallarından istifadə və ümumi qaydalar
QTRM kitabxanalarının istifadəçiləri kitabxanaçının saxlayacağı və monitorinq edəcəyi qeydiyyat formasını doldurmalıdırlar.
Dərc olunmuş materiallar açıq rəflərdədir və onlardan yalnız kitabxanada istifadə etmək olar. İstifadəçilərdən xahiş olunur ki, istifadə olunmuş materialları üzləri rəflərə qoymayaraq, onları masaların üstündə saxlasınlar. Elektron resurslar vasitəsilə axtarış kitabxanaçı tərəfindən və ya onun yardımı/təlimatı əsasında istifadəçi tərəfindən həyata keçirilir.
Kitabxanaların istifadəçilərinin resurslar və xidmətlər barədə fikirlərini öyrənmək, daha yaxşı və dinamik xidmət göstərmək üçün hər bir kitabxanada ildə iki dəfə istifadəçilər arasında sorğular keçiriləcək.
Kitabxana istifadəçiləri gün ərzində pulsuz olaraq on səhifəyədək dərc olunmuş materialın sürətini sıxara bilərlər.
Kitabxanada yemək və içməyə icazə verilmir.
Fondların inkişafı siyasəti
Qafqaz Tədqiqat və Resurs Mərkəzinin (QTRM) kitabxanalarının fondlarının inkişafı siyasətinə hər bir kitabxana üçün alınan materialların adları və sahələri, həmçinin fond üçün münasib olan materialların tipləri barədə qərarların qəbul olunması daxildir. Fondların inkişafı siyasəti həmçinin saxlama, fonddan çıxarma və kitabxana materiallarının mühafizəsi ilə bağlı məqsədləri də müəyyənləşdirir.
- Məqsədlər
Kitabxanaların əsas məqsədi elmi, qeyri-hökumət, özəl və dövlət təşkilatlarından olan sosial elmlər üzrə tədqiqatçılara xidmət göstərməkdir. Kitabxanalar fundamental ədəbiyyata, məlumat bazalarına çıxışı təmin edir, mövcud çap və on-line resurslar barədə məlumat vermək üçün giriş təlimlərini təşkil edir və araşdırma və tədqiqat üçün əlverişli mühiti təmin edir.
- Fondun inkişafı barədə təlimat
Mərkəzlər yüksək keyfiyyətli çap və elektron resursları əldə etməlidirlər. Elektron resurslardan həm məsafədən, həm də yerində istifadə edilə bilər. Kitabxanalar Mərkəzin istifadəıçiləri üçün uzunmüddətli dəyərə malik olan elektron jurnalların tam mətninə abunə olmalıdırlar. QTRM-in İnternet səhifəsində müvafiq pulsuz resurslara və elektron QTRM kataloqlarına linklər olacaq.
Çap materialları kitabxanada açıq rəflərdə yerləşdirilir. Çap materiallarına sorğu topluları, monoqrafiyalar və seriya nəşrləri daxildir.
- Seçmə meyarları
Kitabxanaçılar, Mərkəzin direktorları və Mərkəzin Məşvərət Şurası ilə əlaqələndirmə şəraitində Mərkəzlər üçün kitabxana materiallarının seçilməsi üçün cavabdehdirlər. Resursların vacibliyi və münasibliyi, əhatə dairəsi, kompleksliliyi, dəqiqliyi və coğrafiyası vacib amillərdir. Resursların fondda olan digər materiallarla (çap və ya elektron) üst-üstə düşməməsi nəzərə alınmalıdır. Yeni materilların alınması zamanı istifadəçilərin/tədqiqatçıların rəylərinin nəzərə alınması da çox vacibdir.
Kitabxanaların prioritetləri çərçivəsində bütün perspektiv alqıların qiymətləndirilməsi üçün ümumi meyarlar aşağıdakılardır:
- mövzunun əhəmiyyəti
- nüfuzu
- informasiya və məlumatların dəqiqliyi
- potensial istifadə
- naşirin nüfuzu
- materialın ciddi biblioqrafiyalarda və KİV icmallarında tutduğu yer
- alqı qiyməti
- davamlı xərclər
- nəşrin formatı
- fiziki keyfiyyəti (yəni cilddə, kağız, çap)
- Duplikasiya
- Yerin olması
- Texniki emal və saxlama xərcləri
- Formatın uzunömürlülüyü?
- Mövzu
Elmin müvafiq sahələrinə: sosiologiya, iqtisadiyyat, ictimai siyasət və demoqrafiyaya uyğunluq
- Dil
Fondun materialları əsasən yerli dillərdədir: Azərbaycan, ingilis və rus. Digər dillərdə materiallar ayrıca olaraq alınır.
- Nəşrin tarixi
Hazırki materiallara daha çox diqqət yetirilməlidir. Əsas diqqət son dövrlərdə dərc edilmiş materiallara yetirilsə də, zəruri olarsa retrospektivlər də alınır.
- Nəşrlərin coğrafiyası
Coğrafi əhatə baxımından diqqət ABŞ, Qərbi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyaya yönəldilir.
- Yeni işlənmiş variantlar
Nəşrlərə sonradan edilmiş əlavələr satın alınır. Hər hansı nəşrə sonrakı əlavənin alınmaması barədə qərar həmin nəşrin qiyməti, duplikasiyası və əlavənin keyfiyyəti nəzərdə alınmaqla qəbul olunur.
- Format
Seçmə üçün müvafiq formatın müəyyənləşdirilməsində aşağıdakı meyarlardan istifadə olunur:
- valyuta
- müəllif
- istifadənin asanlığı
- formatın uzunömürlülüyü
- saxlanma mülahizələri
- Hədiyyələr/ianələr
Kitabxanaya ianələr alqışlanır. Kitabxanaçı hədiyyə kimi alınmış materialların dəyərini və sayını qiymətləndirməli və donoru və ianə edilmiş məbləği qeydə almaq üçün Mərkəzin direktoru ilə əlaqə saxlamalıdır. Hədiyyələr yeni materialların alınması ilə eyni qaydada qiymətləndiriləcək. QTRM-ə müəyyən material ianə etmək istəyən şəxslər və ya təşkilatlar ianəni etməzdən əvvəl hədiyyə veriləcək materialların adlarının siyahısnı və ya ən azı təsvirini kitabxanaçıya göndərməlidir. Əgər bu siyahı və ya təsvir əsasında materialların maraq doçuracağı və QTRM-in mandatına uyğun olacağı müəyyənləşərsə, həmin materialların kitabxanaya gətirilməsi üçün tədbirlər görüləcək.
- Materialların fonddan çıxarılması siyasəti
Bəzi materialların fonndan çıxarılması və fond üçün yeni adlı materialların alınması barədə qərarlar ümumi fond siyasəti çərçivəsində qəbul olunmalıdır ki, ümumi fondun tamlığına zərər dəyməsin.
Materialların fonddan çıxarılma meyarları aşağıdakılardır:
- Materialların köhnəlməsi
- Ondan sonrakı nəşrlərin işıq üzü görməsi
- Duplikat nüsxələrin olması
- Materialların fondun əhatə dairəsindən kənarda olması
- Materiallara zərər dəyməsi
- Tam olmayan seriya nəşrləri
Fondan çıxarılması qərara alınmış materiallar ya digər maraqlı kitabxanalara verilir, ya da digər təşkilatlarla mübadilə üçün istifadə olunur. Bəzi hallarda, əgər materiallar ifrat korlanmışsa və hətta yuxarıda qeyd olunmuş üsullarla istifadəyə yarasızdırsa o zaman həmin materiallar sadəcə olaraq utilizasiya olunur.
- Mühafizə
Tədqiqatlar üçün fondun yaradılması məsuliyyəti həmin fondun daim istifadə üçün açıq olmaq vəzifəsini də nəzərdə tutur. QTRM öz kitabxana fondunun mühafizəsi məqsədinə sadiqdir. Mühafizə dedikdə bütün daşıyıcılarda yerləşən kitabxana materiallarının korlanmasının qarşısının alınması, dayandırılması və ya ləngidilməsi; kitabxana metriallarının oğurlanması və ya itməsinin qarşısının alınması; mümkün olan hallarda materialların vəziyyətinin yaxşılaşdırılması; və zəruri olan zamanlarda onların intellektual məzmununu qoruyub saxlamaq üçün materialların formatının dəyişdirilməsinə yönəldilmiş tədbirlər nəzərdə tutulur. Bu, ehtiyatlı davranış və yerləşdirmə; korlanlanma və oğurluğun qarşısını alan təhlükəsizlik sistemlərinin istifadəsi; yeniləşdirmə və elektron fayllara keçid; zərər dəymiş materialların təmiri və əvəz olunması yolu ilə həyata keçirilir. Əgər bu materialların təmiri mümkün deyilsə və ya bahadırsa, və əgər materialın məzmununun qorunması lazımdırda o zaman o, başqa daşıyıcıya keçirilə bilər.
QTRM, resurs mərkəzi kimi materialların əksəriyyətini daimi dəyərinə görə seçir. Bəzi materiallar alimlər üçün qısa müddətli maraq daşıdıqlarına görə fondun daimi hissəsi olmaya bilərlər. Materialların saxlanılması barədə qərar ümumi fond siyasəti çərçivəsində, maliyyə məsrəfləri, tarixi, estetik və elmi dəyər və istifadəçilər üçün əlçatanlıq kimi amilləri nəzərə alaraq qəbul olunmalıdır.
Resursların seçilməsi prosesi və emalı
Kitabxanaçılar bütün təşviqat materiallarını, naşirlərin siyahısını və digər mənbələri nəzərdən keçirəcəklər. Onlar həmçinin QTRM Məşvərət Şurasının (hər bir mərkəzdə yaradılır) üzvlərinin və kitabxana istifadəçilərinin rəylərini nəzərə alacaqlar. QTRM kitabxanaçıları və direktorları seçim meyarlarına cavab verən nəşrlərin alınması barədə yekun qərar qəbul edəcəklər.
Fonda əlavə edilən bütün materiallar kataloqlaşdırılacaq və QTRM kitabxanaçılarının razılaşdıqları standartlar əsasında təsnifləşdiriləcək.
|