Əməkdaşlar
YERLİ HEYƏT
Ölkə üzrə Direktor Gursel Əliyev
Gursel Əliyev İqtisadiyyat üzrə magistr təhsilini Edmund S. Muskie Proqramı üzrə ABŞ-ın Northeastern Universitetində almışdır. O, həm də Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinin məzunu olmuşdur. QTRM-ə gəlməmişdən əvvəl, Gursel Əliyev Dünya Bankı və UNİCEF kimi beynəlxalq təşkilatlarda işləmişdir. O, həm də Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakultəsində Biznes Statistikası, Mikroiqtisadiyyat və İqtisadçılar üçün Riyaziyyat fənnlərindən dərs deyir. Onun əsas peşəkar maraq dairəsi Ekonometrika, Mikroiqtisadiyyat və Əməyin İqtisadiyyatıdır.
E-mail: gursel@crrccenters.org
Proqram meneceri Yuliya Əliyeva
Yuliya Əliyeva bakalavr dərəcəsini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər, magistr dərəcəsini isə Mərkəzi Avropa Universitetinin (Budapeşt) gender araşdırmaları fakültələrində almışdır.
O, QTRM-dən əvvəl, 2005-2007-ci illərdə Beynəlxalq Xilasetmə Komitəsində proqram meneceri kimi fəaliyyət göstərmişdir.
Yuliya 2003-cü ildən əsasən gender araşdırmaları üzrə müxtəlif tədqiqat proqramlarında iştirak etmişdir. O, Henriech Böell fondunun təqaüdçüsü olmuş (2006) və Azərbaycanda Gender Təhsili üzrə tədqiqat aparmışdır.
Yuliya, eyni zamanda 2008-ci ildən Bakı Dövlət Univeristetində Gender Tədqiqatları və İctimai İş fənnindən mühazirə oxuyur.
yulia@crrccenters.org
Proqram üzrə assistent Aytən Məmmədova
Aytən Məmmədova Biznesin idarəedilməsi üzrə magistr təhsilini Xəzər Universitetində almışdır. 2008-2009-cu illər ərzində, o, “Erasmus Mundus Lot 5” əməkdaşlıq proqramı üzrə Yunanıstanın Salonik şəhərindəki A.T.E.İ.-də öz təhsilini davam etdirmiş və həmin il üçün “Ən Yaxşı Magistr Tələbə” adına layiq görülmüşdür. Salonik şəhərində təcrübə keçərkən, Aytən AB-nin maliyyələşdirdiyi və Cənub-Şərqi Avropada tədbiq edilən müxtəlif layihələrə cəlb edilmişdir. Onun neft sənayesi və təhsil sektorunda da iş təcrübəsi vardır.
E-mail: aytan.mammadova@crrccenters.org
Kitabxana/İnformasiya üzrə mütəxəssis Lyudmila Sotova
Lyudmila Sotova Kiyev Mədəniyyət və İncəsənət Universitetində (Ukrayna) Kitabxanaşünaslıq üzrə bakalavr dərəcəsi almışdır. O, peşəkər fəaliyyətə Xəzər Universitetinin Elektron Məlumat Xidmətləri Mərkəzində kitabxanaçı kimi başlamışdır və 2008-ci ildən Kitabxana Məlumat Mərkəzində müdir əvəzedicisi vəzifəsi çalışır.
Onun təcrübəsinə referens və elekron kitabxana xidmətləri, strateji planlama və xidmət təhlili və heyət menecmenti daxildir. Lyudmila bir neçə universitet layihələrinə cəlb edilmiş və 2009-cu ildə “Erasmus Mundus” proqramında (Yunanıstan) elmi işçi kimi iştirak etmişdir.
E-mail: lyudmila.sotova@crrccenters.org
IT Menecer Nadir Teymurov
Nadir Teymurov 2008-ci ildə Azərbaycan Dovlət Iqtisad Universitetinin Kommersiya fakultəsini bitirib. QTRM-dən əvvəl Nadir IT sahəsində 5 ildən artıq təcrübəyə malik idi. Onun əvvəlki iş yeri Azərbaycan Beynəlxalq Mədən əməliyyat şirkəti olub. Orada onun iş vəzifələri Windows 2003 və 2008 şəbəkəsinin dizaynı, planlaşdırılması, qurulması və konfiqurasiyası, Linux serverlərin, firewall-ların, simli və simsiz şəbəkələrin qurulmasından ibarət olub.
E-mail: nadir@crrccenters.org
Ofis Meneceri Səadət Məmmədova
Səadət Məmmədova ingilis dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsinə malikdir. O, 1999-cu ildə Azərbaycan Dövlət Dillər Universitetini bitirmişdir. 2003-cü ildə QTRM-ə qoşulmazdan əvvəl Səadət Məmmədova "Land O'Lakes, Inc"də ofis meneceri vəzifəsində çalışmışdır.
E-mail: saadat@crrc.az
REGİONAL HEYƏT
Regional Direktor Hans Qutbrod
Doktor Hans Qutbrod London İqtisad Məktəbinin Beynəlxalq Münasibətlər ixtisası üzrə Bakalavr pilləsini qırmızı diplomla bitirmişdir. Alman əsilli olan Hans Qutbrod Gürcüstan, Monqolustan, Bolqarıstanda çap olunmuş və hal-hazırda dünyanın digər ölkələrinin dillərinə tərcümə olunan “Peşəkar Ünsiyyət üzrə Təlimat” adlı kitabın müəllifidir. O, əsasən keçid kontekstində müxtəlif sahələr üzrə mühakimə/qiymətləndirmə ilə maraqlanır.
2006-cı il QTRM-ə qoşulmazdan əvvəl, Hans Qafqaz regionunda bir neçə il fəaliyyət göstərmişdir. O, Tbilisi Dövlət Universitetinin Ali Təhsil Heyətinə və mühazirəçilərinə müntəzəm olaraq dərslər və təlimlər keçmişdir. Hans Qutbrodun Berlində Liberal Arts Kollecinin açılmasına yardımçı olmuşdur, bundan başqa o, ATƏT-də uzun müddətli seçki müşahidəçisi kimi işləmiş, həmçinin müxtəlif müəssisə və təşkilatlarda təlimlər keçmişdir.
E-mail: hans@crrccenters.org
Regional direktorun köməkçisi Robia Çarlz
Robia Çarlz Berklidə Kaliforniya Universitetində Siyasi Elmlər üzrə namizəd adını daşıyır. O, magist dərəcəsini həm Rusiyada Sankt-Peterburq Universitetində Avropaşünaslıq və Rusiyaşünaslıq üzrə və həm Berklidə, Kaliforniya Universitetində Siyasi Elmlər üzrə almışdır. Robia Davisdə Kaliforniya Universitetində bakalavr dərəcəsi almışdır və orada rus dilini oyrənmiş və riyaziyyat keçmişdir.
QTRM-də işə başlamazdan öncə Robia Berklidə Kaliforniya Universitetində Müqayisəli Siyasət və Çağdaş Rus Siyasəti kurslarına təlimatçı seçilmişdir. O, eyni zamanda Şimali Kaliforniyada icma təşkilatçısı kimi işləmiş və Tanzaniya və Sibirdə limnologiya üzrə tədqiqatçı vəzifəsində çalışmışdır. Robianın sənət dairəsinə müqayisəli siyasət, post-kommunist siyasət və keyfiyyət və kəmiyyət metodologiyası daxildir. Onun maraq dairəsinə millətçilik və əsasən post-Sovet ölkələrində siyasət və dinin kəsişmə nöqtəsi aiddir.
E-mail: robia@crrccenters.org
Regional Tədqiqat və İctimai əlaqələr üzrə Assistent Nana Papiaşvili
Nana Papiaşvili bakalavr dərəcəsini Tbilisi Dövlət İqtisadi Əlaqələr Universitetinin humanitar elmlər sahəsində, magistr dərəcəsini isə Mərkəzi Avropa Universitetinin (Budapeşt) beynəlxalq münasibətlər və avropaşünaslıq fakültəsində almışdır. 2003-2004-cü illərdə o, Azadlığın Dəstəklənməsi Aktının (FSA) mübadilə proqramı vasitəsilə ABŞ Pensilvaniya ştatının Wilson College-ində beynəlxalq münasibətlər sahəsində təhsil alıb. Nana həmçinin 2003-cü ildə Vaşinqton şəhərinin Amerika Universitetində yay kurslarında iştirak etmiş və 2004-cü ilin yayında Bolonya Unuversitetində peşəkar inkişaf təlimlərini keçmişdir.
QTRM-də işə başlamazdan öncə, Nana xarici miqrasiya, etnik münaqişələr və Gürcüstanın muxtar regionları ilə əlaqədar layihələr üzərində işləmışdır. Oxuduğu illər ərzində o, Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutu (Tiflis ofisi), Gürcüstan Parlamenti və Çambersburq şəhərinin Yuxarı Ticarət Palatasında interna kimi çalışmışdır. Nananın tədqiqat maraqlarına Gürcüstanın etnik münaqişələri və avropa inteqrasiyası daxildir.
E-mail: nana@crrccenters.org
Məlumat Toplanması Təşəbbüsü üzrə Kordinator Tinatin Zurabişvili
Tinatin Zurabişvili QTRM-in Məlumat Toplanması Təşəbbüsü üzrə Kordinatoru vəzifəsində çalışır. 1999-cu ildən o, Telavi Dövlət Universiteti və Tbilisi Dövlət Universiteti Sosial Elmlər Mərkəzində sosiologiya fənnindən tədqiqat metodları üzrə bakalavr və magist pillələrində dərslər vermişdir. Bununla yanaşı o, Vətəndaş Təhsili Layihəsinin (CEP) Yerli Fakultə Əməkdaşı (2001-2003) və Elmi Təqaüd Proqramının Təqaüdçüsüdür (2005-2006). 2004 və 2007-ci illərin yaz semestrlərində Tinatin Zurabişvili Los Ancelosda Kalifornya Universitetinin Sosiologiya Kafedrasında Açıq Cəmiyyət İnsitutunun (OSI) Kafedra İnkişafı Təqaüdçüsü olmuşdur. Onun elmi nəşrləri sosial tədqiqat metodları, keçid sosiologiyası və media sosiologiyası mövzularındadır.
Gürcüstanda dərs deməkdən öncə, 1999 və 2001-ci illərdə Dr. Zurabişvili Yale Universitetinin layihəsi olan Yoxsulluq, Etnik Mənsubiyyət və Şərqi Avropada bazar iqtisadiyyatına keçid dövründə Gender layihəsində kiçik elmi işçi kimi çalışmışdır. Dr. Zurabişvili Rusiya İctimai Fikir və Bazar Tədqiqatı Mərkəzində Rusiya İctimai Fikir Nəzarəti-ndə (Russian Public Opinion Monitor) 5 il müddətində sosioloq kimi çalışmışdır (hal-hazırda Levada Mərkəzi adlandırılır). Dr. Zurabişvili M. Lomonosov adına Moskva dövlət universitetindən Jurnalistikanın Sosiologiyası üzrə Aspirantura elmi dərəcəsini almışdır (1999).
E-mail: tina@crrc.ge
|