ƏN ÇOX SORUŞULAN SUALLAR
Ümumi
Sual: QTRM nədir? Cavab: Qafqaz Tədqiqat Resurs Mərkəzləri (QTRM) proqramı Azərbaycan, Ermənistan və Gürcüstanın paytaxlarında Cənubi Qafqazda sosial və ictimai-siyasi tədqiqatlar aparmaq məqsədilə yaradılmış resurs və təlim mərkəzləri şəbəkəsidir.
S. QTRM-in benefisiarları kimdir? C. QTRM sosioloqlara, elmi təşkilatların nümayəndələrinə, praktiki fəaliyyətlə məşğul olanlara və qeyri-hökumət, özəl və dövlət sektorundan olan peşəkarlara öz resurs və xidmətlərini təklif edir.
S. QTRM hansı resurs və xidmətləri təklif edir? C. QTRM aşağıdakı resurs və xidmətləri təklif edir:
- Sosial elmlər üzrə kitab, jurnal və digər nəşrlərlə zəngin olan kitabxana
- Yüksək sürətli İnternet, on-line jurnallar və sosial elmlər üzrə məlumat bazasına malik olan İT laboratoriyasına
- Sosial elmlərlər məşğul olan tədqiqatçılar üçün qrantlar
- Təlimlər, mühazirələr, konfranslar və dəyirmi masalar
Kitabxana
S. Kitabxana harada yerləşir? C. QTRM kitabxanası aşağıdakı ünvanda yerləşmişdir: Bakı AZ1009, Azərbaycan B.Səfəroğlu küçəsi 122, Xəzər Universitəsi, 2-ci mərtəbə
S. QTRM-in kitabxanasından kimlər istifadə edə bilər? C. QTRM kitabxanası social elmlər sahəsində çalışan bütün istifadəçilər üçün açıqdır.
S. QTRM-in kitabxanasının kitab/jurnal fondu nədən ibarətdir? C. QRTM kitabxanası sosiologiya, iqtisadiyyat, ictimai siyasət və demoqrafiya ?zrə Azərbaycan, ingilis və rus dillərində zəngin fonda malikdir. QRTM kitabxanasının electron kataloqu ilə burada tanıəş olmaq olar.
S. QTRM kitabxanasına necə yazılmaq olar? C. QTRM kitabxanasına yazılmaq üçün bu formanı doldurun.
S. Kitabxananın materiallarından istifadə etmək üçün üzvlük haqqı ödəmək lazımdırmı? C. QTRM kitabxanasının materiallarından istifadə etmək pulsuzdur.
S. Kitabxana nə vaxt işləyir? C. QTRM kitabxanası bazar ertəsi - cümə günləri saat 9:00-dan 18:00-dək və şənbə günləri saat 9:00-dan 17:00-dək işləyir.
S. Kitabları/materialları evə aparmaq olarmı? C. QTRM kitabxanasının çap materialları yalnız kitabxanada istifadə oluna bilər.
İT laboratoriyası
S. QTRM-in İT laboratoriyası harada yerləşir? C. QTRM-in İT kitabxanası aşağıdakı ünvanda yerləşir: Bakı AZ1009, Azərbaycan B.Səfəroğlu küçəsi 122, Xəzər Universitəsi, 2-ci mərtəbə
S. QTRM İT laboratoriyasından kimlər istifadə edə bilər? C. QRTM İT kitabxanası tədqiqatçılar, alimlər, mühazirəçilər və tələblər tərəfindən elmi-tədqiqat məqsədləri üçün istifadə oluna bilər.
S. QTRM İT laboratoriyası hansı xidmətləri göstərir? C. QRTM İT laboratoriyası İnternetə, Cənubi Qafqazda social elmlər üzrə aparıcı İnternet jurnallarına, İnternet məlumat bazalarına və beynəlxalq məlumat mənbələrinə pulsuz çıxışı təmin edir.
S. İT laboratoriyasından istifadə üçün haqq ödəmək lazımdırmı? C. QRTM İT laboratoriyası pulsuz xidmət göstərir.
S. İT laboratoriyasının iş günləri və saatları hansılardır? C. QRTM İT laboratoriyası bazar ertəsi - cümə günləri, saat 9:00-dan 18:00-dək işləyir.
S. QRTM İT laboratoriyasında işləmək üçün əsas qaydalar hansılardır? C. QRTM İT laboratoriyasının ümumi istifadə qaydaları ilə tanış olmaq üçün bura daxil olun.
Tədqiqatlar üçün qrant proqramı
S. Tədqiqatlar üçün növbəti qrant müsabiqəsi nə vaxt elan olunacaq? C. Təqaüd müsabiqələri hər ilin qış aylarında elan olunur.
S. Kim qrant üçün müraciət edə bilər? C. Qrant üçün aşağıdakı şəxslər müraciət edə bilər: Azərbaycan vətəndaşları və ya ölkədə daimi yaşayanlar, sosial və humanitar elmlər üzrə fərdi tədqiqatçılar və ya elmi qurumlarla, tətqiqat institutları, qeyri-hökumət təşkilatları, "beyin mərkəzləri", beynəlxalq təşkilatlar və dövlət orqanları ilə bağlı olan tədqiqatçılar.
S. Tədqiqat qrantı üçün necə müraciət etmək olar? C. Qrant üçün müraciət etmək qaydaları Tədqiqat Qrantı üçün Müraciət bölməsində göstərilmişdir.
S. Mənim layihəmin QTRM üçün münasib olduğuna necə əmin ola bilərəm? C. QTRM-in qrantları sosial elmlər və siyasətin təhlili sahəsində bilik bazasının artırılmasına yönəldilmiş tədqiqat layihələri üçün nəzərdə tutulmuşdur.
S. Tədqiqat layihəsi nədir? C. Tədqiqat layihəsi konkret məsələ və ya problemi həll etmək üçün sualların sistematik araşdırılmasıdır. Tədqiqat layihəsinin elementləri aydın qoyulmuş məsələdən, tədqiqatın məqsəd və vəzifələrindən, aydın metodikadan, o cümlədən əsas konsepsiya və məlumatların müəyyənləşdirilməsindən, faktların təhlilindən və nəticədən ibarətdir. Bütün proses sistematik olaraq əsaslı olmalıdır. Tədqiqat layihəsinin nəticələrinə müəyyənləşdirilmiş əsas faktlar və tövsiyələr daxil olmalıdır.
S. Tədqiqat qrantının kimə veriləcəyi barədə qərarları kim qəbul edir? C. QRTM və Qrantların Seçilməsi Komitəsi maliyyələşdiriləcək müraciətləri seçir.
Təlim və mühazirələr
S. Siz hansı növ təlimləri təşkil edirsiniz? C. Yerli və xarici ekspertləri yerli və regional təlimlərin keçirilməsinə cəlb etməklə müxtəlif sosioloji mövzular üzrə həftəlik təlimlər, seminarlar və mühazirələr təklif olunur. QTRM-in metodoloji təlim fəaliyyətinin məqsədi müvafiq statistik proqram təminatı paketlərindən istifadə etməklə yerli mütəxəssislərin bacarıqlarının müasirləşdirilməsi və praktiki vərdişlərin aşılanmasından ibarətdir. Bu proqramlar araşdırmaların gücləndirilməsinə kömək edir və Cənubi Qafqazın bu günki iqtisadi və sosial transformasiyasında nələrin baş verdiyini müayinə etməyə imkan verir. QTRM həmçinin mərkəzdə mövcud olan geniş spektrli resurs materialları və metodlarının istifadəsi barədə giriş təlimləri də təqdim edir.
S. QTRM təlim və mühazirələrində kim iştirak edə bilər? C. Aşağıdakı şəxslər iştirak edə bilər: sosial elmlərlə məşğul olan tədqiqatçılar, elmi dairələrin nümayəndələri, praktiki fəaliyyətlə məşğul olanlar və qeyri-hökumət, özəl və dövlət sektorlarını təmsil edən peşəkar mütəxəssislər.
S. İştirak üçün necə yazılmaq olar? C. İştirak barədə elan verildiyi zaman siz ərizə ilə müraciət etməlisiniz. Siz İştirak üçün Müraciətdə göstərilmiş minimum tələblərə cavab verdiyinizi nümayiş etdirməlisiniz. Tədbirlər barədə elanlar bir qayda olaraq İnternet səhifəsi vasitəsilə yayılır və ya sizin abunə olduğunuz mərkəzin elektron məlumat bülletenləri vasitəsilə bəyan edilə bilər.
S. Siz öz təlimlərinizi nə vaxt və harada təşkil edirsiniz? C. Yerli təlimlər bir qayda olaraq QTRM-in Bakıdakı binasında keçirilir. Regional təlimlər bir qayda olaraq QTRM-in Tbilisidəki binasında keçirilir.
Konfranslar, seminarlar və dəyimi məsələlər
S. Siz hansı növ konfranslar, seminarlar və dəyirmi masalar təşkil edirsiniz? C. QTRM hər üç Cənubi Qafqaz ölkəsində tədqiqatçıları, dövlət qulluqçularını və digər praktikləri vacib ictimai məsələlər və siyasətin formalaşdırılmasında regional meyllər barədə müzakirələr və debatlar aparmaq üçün cəlb edir və tədqiqatçılar və praktiklər arasında dialoqu həvəsləndirir. Mərkəzlər formalaşmaqda olan dövlət siyasəti institularına informasiya və tədris yardımı göstərir və tədqiqatçılar və praktiklərə beynəlxalq əlaqələrin yaradılmasında yardım göstərirlər.
S. QTRM-in konfranslarında kim iştirak edə bilər? C. Aşağıdakı şəxslər iştirak edə bilər: sosial elmlərlə məşğul olan tədqiqatçılar, elmi dairələrin nümayəndələri, praktiki fəaliyyətlə məşğul olanlar və qeyri-hökumət, əözəl və dövlət sektorlarını təmsil edən peşəkar mütəxəssislər.
Başqa
S. QTRM-in poçt siyahısına necə yazılmaq olar? C. QTRM-in məlumat xidmətinə abunə olmaq üçün crrc@crrc.az ünvanına e-mail gündərin.
S. Öz töhfəmi necə verə bilərəm? C. QTRM-n məqsədi alimlərin fənnlərarası icmasını yaratmaq, oxşar düşüncəli milli, regional və beynəlxalq tədqiqatçılar arasında sıx əlaqələr formalaşdırmaqdır. Əgər siz sosial elmlər sahəsində tədqiqatçısınızsa, öz araşdırmalarınızı, bilik və təcrübənizi, maraqlarınızı bizimlə bölüşün və onları bütün dünyadakı həmkarlarınız üçün əlçatan edin.
QTRM ianələri və natura ilə töhfələri alqışlayır və həvəsləndirir. Əgər siz ianə və yə töhfə vermək niyyətindəsinizsə o zaman QRTM-in direktoru Gursel Əliyev ilə gursel@crrccenters.org ünvanında əlaqə saxlamağınızı xahiş edirik.
|