ana səhifə    english  səhifənin xəritəsi
  CRRC Regional CRRC Armenia CRRC Georgia
Home

İnformasiya texnologiyaları (İT) laboratoriyası

Kitabxana

Təlimlər

  Qafqaz Barometri: QTRM məlumat təşəbbüsü

Tədqiqatlar üçün qrant proqramı

Şəbəkələr

Hadisələr

10/09/2010
Qafqaz Barometri (əvvəlki QTRM illik Məlumat Təşəbbüsü Sorğusu) Cənubi Qafqazda sosial transformasiya prosseslərinin müxtəlif  baxışlarını anlamaq üçün etibarlı və təcrübəyə əsaslanan məlumat əldə etmək məqsədini daşıyan illik sorğudur.  Bu sorğunun more...


30/06/2010
Informational session: “Junior Faculty Development Program 2011”, Ms. Naila Nabiyeva. ENG. Time: 16:30 Location: CRRC-Azerbaijan, Khazar University, 122 Bashir Safaroglu Street, Baku, room # 13 Overview: All the university professors considering Junior Faculty Development Program 2011 more...


04/06/2010
Public Lecture: “Environmental Governance in the Context of Post-Communist Transition: The role of Multilateral Development Banks and Civil Society Organizations”- Alda Kokallaj, PhD Candidate. ENG. Time: 16:30  Location: CRRC-Azerbaijan, Khazar more...


Qafqaz Barometri: QTRM məlumat təşəbbüsü

QTRM Məlumat Təşəbbüsünün yeni adı

2010-cu ildən başlayaraq QTRM illik Məlumat Təşəbbüsü Sorğusu Qafqaz Barometri adına dəyişdirildi. Fikrimizcə, bu ad sorğunun mənasını daha dolğun əks etdirir və ümumi ictimaiyyət və jurnalistlər üçün daha asan başa düşülür.

İlk  dəfə olaraq Məlumat Təşəbbüsü layihəsinə 2004-cü ildə start verildi. 2007-ci ildən başlayaraq hər ölkədən 2000-ə yaxın respondentdən reprezentativ seçmə yolu ilə müsahibə alınır.  Onlar ailə tərkibi, onun sosial və iqtisadi vəziyyəti, məşğulluq statusu, ölkələrdə sosial və siyasi vəziyyətin qiymətləndirilməsi ilə bağlı sualları cavablandırırlar. Eyni zamanda, respondentlərin həyat istiqaməti ilə bağlı düşüncələri, media, səhiyyə, cinayət və digər əsas məsələlərə aid suallar da sörğuya daxildir. 

Adın dəyişdirilməsi sorğunun keçirilməsinə heç bir təsir göstərməyəcək.  Həmişə olduğu kimi, Cənubi Qafqaz ölkələri arasında aparılan bu sorğu payızda keçiriləcək, eyni metodologiya və eyni sorğu vasitələrindən istifadə ediləcək. Sorğunun əsas məqsədi Ermənistan, Azərbaycan və Gürcüstanın sosial transformasiya prosseslərinin müxtəlif aspektlərini anlamaq üçün etibarlı empirik məlumat əldə etməkdir.  Biz sorğunun həyata keçirilməsinin hər bir mərhələsində mümükün olan ən yüksək elmi keyfiyyətin təmin edilməsində qərarlıyıq .

Məlumat və sorğu sənədləri bütün maraqlanan tədqiqatçılar üçün açıqdır. Bu sorğu ətraflı kəmiyyət təhlili üçün unikal bir vasitədir. Siz Məlumat Təşəbbüsü/Qafqaz Barometri haqqında daha geniş məlumatı bizim internet səhifəmizdən ala bilərsiniz.